Ölkə kubokunda qrup mərhələsinə yekun vuruldu

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

Sports.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan "Azərreyl" və "Neftçi" komandaları arasında baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə MOİK “Murov Az Terminal”a 0:3 hesabı ilə uduzub.

A qrupunda “Azərreyl” 6 xalla birinci, "Neftçi" 3 xalla ikinci olub. B qrupunda isə 6 xala malik “Xilasedici” birinci, 3 xalı olan "Murov Az Terminal" ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Noyabrın 2-də baş tutacaq yarımfinal mərhələsində “Azərreyl” - “Murov Az Terminal” və “Xilasedici” - "Neftçi" görüşləri keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar