Yüksək Liqada ilin son oyunları keçirildi

Kişi voleybolçuların Yüksək Liqasında ilin son oyunları keçirilib.

Sports.az xəbər verir ki, bu gün 3-cü turun daha iki oyunu baş tutub.

Əvvəlcə FHN-nin idman zalında “Xilasedici” “Azərreyl”lə qarşılaşıb. Gərgin keçən matçda “Xilasedici” 3:1 hesabı ilə qələbə qazanıb.

Turun və ilin son oyunu Sumqayıtda “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olub. Bu görüşdə “Murov Az Terminal” “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.

3-cü turun dünən keçirilən ilk qarşılaşmasında “Neftçi” MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar