NBA klubunun basketbolçusunun evi qarət edildi

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Dallas"ın sloveniyalı oyunçusu Luka Donçiçin evi oğrular tərəfindən qarət edilib.

Sports.az ESPN-ə istinadən xəbər verir ki, cinayət baş verən zaman evdə heç kim olmayıb.

Basketbolçu artıq polisə müraciət edib. 25 yaşlı idmançıya dəyən ziyan 30 min dollar həcmində qiymətləndirilir.

Donçiç 2023/2024 mövsümündə müntəzəm çempionatın ən məhsuldar oyunçusu olub - 2370 xal. O, həmçinin hər oyuna orta hesabla ən çox xal toplayan (33.9) basketbolçu ünvanına yiyələnib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar