Digər
				Taekvondoçularımızdan beynəlxalq turnirdə 6 medal

13.02.2025 | 14:30
					Azərbaycanın yeniyetmə tekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar.
Sports.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, biri gümüş, üçü isə bürünc olub.
Elmira Bayrak (41 kq) və Fuad Həsənov (+65 kq) qızıl, Fidan Muxtarzadə (29 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) bürünc medal əldə ediblər.
Son xəbərlər
		
									
									
									
									
									
									




























