Digər
				12-ci tura start verilir

19.02.2025 | 11:45
					Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək.
Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq.
 
Son xəbərlər
		
									
									
									
									
									
									




























