Bakıda “Olimpiya Günü” qeyd olundu

Bakıda “Olimpiya Günü” qeyd olundu

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yerləşən “Antena” parkında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis edilməsinin 131-ci ildönümünə həsr olunmuş ənənəvi “Olimpiya Günü” tədbiri keçirilib.

Sports.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbirin təşkil olunmasında əsas məqsəd Olimpiya Hərəkatına dəstək göstərmək, gənc nəsil arasında olimpizmi təbliğ etmək, olimpiyaçıları tanıtmaq, Olimpiya dəyərlərini və “Təhlükəsiz idman” prinsiplərini təbliğ etməkdən ibarət olub. 

Əvvəlcə BOK-un yaranma tarixi, Pyer de Kubertenin ideyaları və Olimpiya Hərəkatının əsas dəyərləri haqqında məlumat verilib. Qeyd olunub ki, “Olimpiya Günü” tədbiri 1996-cı ildən Azərbaycanda da mütəmadi şəkildə keçirilir və əsas məqsədi gənc nəslin idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Tədbirdə həmçinin bu ilin 20-26 iyul tarixlərində Şimali Makedoniya və Xorvatiyada keçirilmiş XVIII Avropa Gənclər Olimpiya Festivalında uğur qazanmış gənc idmançılarımız da yaxından iştirak ediblər. Azərbaycan komandası Olimpiya Festivalında ümumilikdə 10 medal əldə edərək 50 ölkə arasında 16-cı, cüdo üzrə isə komanda hesabında 1-ci yeri tutub. 

Festivalın qalibləri - qızıl medalçılar Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq), gümüş medalçılar Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq), Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) və bürünc medalçılar Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və Yunis Hüseynov (73 kq) iştirakçıların alqışları ilə səhnəyə dəvət olunublar.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın beynəlxalq idman hərəkatında fəal iştirakını vurğulayıb. O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis edilən "Olimpiya Günü" dünyanın bütün ölkələrində qeyd olunur və Azərbaycanda da hər il böyük ruh yüksəkliyi ilə keçirilir.

Çingiz Hüseynzadə qeyd edib ki, 1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkə idmanında yeni inkişaf mərhələsi başlayıb:

“Azərbaycan idmançıları bu illər ərzində Olimpiya Oyunlarında 11-i qızıl olmaqla 58 medal qazanıblar. Bu, ölkəmizin idman sahəsində əldə etdiyi uğurların bariz nümunəsidir. Bugünkü tədbir uşaqların fiziki və mənəvi sağlamlığının təmin edilməsində mühüm rol oynayır. Tədbirdə həmçinin, XVIII Avropa Gənclər Olimpiya Festivalında medal qazanan idmançılar da iştirak edirlər. Onların hər biri estafet yarışlarında bir komandaya rəhbərlik edəcəklər", - deyə Çingiz Hüseynzadə qeyd edib. 

Sonra tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndirdartma yarışları keçirilib. Yarışların qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar. Həmçinin bütün iştirakçılara BOK-un sertifikatları təqdim edilib.

Daha sonra Milli Olimpiya Komitəsini vitse-prezidenti Zemfira Meftaxetdinova gənc idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.

Şən ab-havada davam edən tədbirdə Cheer Leading qrupunun rəqsləri, fləşmob və musiqi nömrələri təqdim olunub.

Sonda iştirakçılar və qonaqlar xatirə şəkli çəkdiriblər.

“Olimpiya Günü”nün keçirilməsinə dəstək verən Elm və Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, TƏBİB-ə, Bakı Şəhər Baş Polis İdarəsinə, idman federasiyalarına, könüllülərə və bütün iştirakçılara təşəkkür edilib.

Tədbir Olimpiya himninin səsləndirilməsi ilə başa çatıb.

Son xəbərlər
Azərbaycan güləşçisi DÇ-də bürünc medal qazana bilər
“Benfika” Mourinyo ilə müqavilə imzaladı
Çempiondan ilk oyunda heç-heçə
PSJ-nin futbolçusu Mbappenin rekordunu təkrarladı
Teymur Rəcəbov Formula 1 pilotları ilə şahmat oynadı
Millimiz Monteneqro yığmasına qalib gəldi
Formula 1 pilotları Bakı Şəhər Halqasında hazırlığa başlayıblar
İtaliya superkuboku Səudiyyə Ərəbistanında
Bakıda “Olimpiya Günü” qeyd olundu
“Sərhədçi” yeni basketbolçu transfer etdi
Azərbaycanı DÇ-də təmsil edəcək şahmatçılar müəyyənləşdi
Salahdan unikal nailiyyət
2-ci Liqada 3-cü turun təyinatları açıqlandı
Yasin Adlinin “Əl-Şabab”dakı əməkhaqqı məlum oldu
“Çelsi” “Real”ın yarımmüdafiəçisini satın almağa hazırdır
“Şəki” serbiyalı basketbolçu gətirdi
MDB Oyunlarında Azərbaycanı 6 stolüstü tennisçi təmsil edəcək
Qalliani “Milan”a qayıda bilər
NTD iki gənc basketbolçu ilə müqavilə imzaladı
Bekhem “Mançester Yunayted”də qələbə istəyi görmür
“Bornmut” baş məşqçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
“Kür-Araz”ın futbolçularına 4 oyunluq cəza
“İmişli”yə texniki məğlubiyyət verildi
Günün oyunları – TV
Millimiz daha iki pillə gerilədi
ÇL: Azərbaycan komandaları növbəti matçlarına çıxacaqlar
Yüksək Liqada yeni mövsüm başlayır
4 yunan-Roma güləşçimiz DÇ-də mübarizəyə qoşulur
Çempionlar Liqasında ilk tura yekun vurulur
Lizarazyu Komanı tənqid etdi
DAHA ÇOX

Ən çox oxunanlar