Nəzərovdan tarixi göstərici, AÇ-də ilk və 16 ildən sonra 5 medal

Nəzərovdan tarixi göstərici, AÇ-də ilk və 16 ildən sonra 5 medal

Bilalhəbaşi Nəzərov Azərbaycan boks tarixinə düşüb.

Sports.az xəbər verir ki, millimizin 18 yaşlı idmançısı bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb.

O, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Çexiyadakı Avropa çempionatı qız boksçularımız üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komandamız medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.

Qeyd edək ki, yığmamızın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıb. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.

Son xəbərlər
“Monako” Hütterlə yollarını ayırdı
Azərbaycan millisi Fransaya uduzur - YENİLƏNİR
Alleqri ən yaxşı seçildi
“Milan” hücumçusu ilə müqaviləsinə xitam verməyə hazırdır
Ən sərrast qolçusu Fransa yığmasına qayıtmaq niyyətində deyil
Totti izlədiyi yeganə futbolçudan söhbət açdı
“Abşeron Lions” “Gəncə”yə qalib gəldi
Gənclər yığmamız Çexiyaya böyük hesabla uduzdu
Mbappe Yamalın şəxsi həyatını müzakirə edənlərə səsləndi
Ouen “Mançester Yunaytedi”i kədərli ifadə ilə səciyyələndirdi
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi
“Tottenhem”in hücumçusu MLS-ə üz tuta bilər
“Bolonya” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
“Ordu”ya qarşı oyunumuz alınmadı”
“Barselona” Yamala layiqli hücum ortağı haqda xəyal edir
“Barselona”nın futbolçusu millinin heyətindən çıxarıldı
“Ordu” “Quba”ya qalib gəldi
Braziliya yığmasından Cənubi Koreyaya 5 cavabsız qol
“İnter” üç veteranı ilə yollarnı ayıracaq
“Araz-Naxçıvan”dan yoxlama matçında heç-heçə
Nəzərovdan tarixi göstərici, AÇ-də ilk və 16 ildən sonra 5 medal
Yüksək Liqada 5-ci turun oyun cədvəli müəyyənləşdi
“Çelsi” oyunçusuna “Real”ın marağından narahat deyil
Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi də bilindi
Milli komandaların baş məşqçiləri arasında ən çox qazanan mütəxəssis bəlli oldu
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu müəyyənləşdi
“Real” Tçuameniyə “başağrısı” yaratmaq istəyir
Ölkə kubokunda növbəti mərhələnin bütün cütləri müəyyənləşdi
Kubokda 1-ci təsnifat mərhələsinə yekun vuruldu
La Liqa klubunda yeni baş məşqçi
DAHA ÇOX

Ən çox oxunanlar