Digər
“Sabah” yenə məğlub oldu

30.10.2025 | 01:23
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Sports.az xəbər verir ki, səfərdə Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.
B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.
Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi "Nimburk"a (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına məğlub olub.
Son xəbərlər





























