Digər
				Millimiz Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək

03.11.2025 | 18:30
					Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Bu barədə Sports.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.
Bu matç Azəbaycan yığmasının AÇ-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























