Digər
Stolüstü tennisçilərdən İslam Həmrəyliyi Oyunlarına uğurlu start

08.11.2025 | 18:30
Azərbaycanın stolüstü tennisçiləri, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar.
Sports.az Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, komanda yarışlarının ilk günündə Uqanda idmançıları ilə qarşılaşan qızlardan ibarət milli etimadı layiqincə doğruldub.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət trio rəqibi 8:2 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçiləri sabah Pakistan seçməsi ilə üz-üzə gələcək.
Son xəbərlər





























