Digər
Millimiz İslamiadada Türkiyə yığmasına uduzdu

09.11.2025 | 20:45
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçında uduzub.
Sports.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Türkiyə ilə bacarmayıb - 0:3.
Yığma daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.
Son xəbərlər





























