Digər
Azərbaycan ağırlıqqaldıranı İslamiadada 3 medal qazandı

09.11.2025 | 22:50
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.
Sports.az xəbər verir ki, millimizin üzvü 1 gümüş və 2 bürünc medal əldə edib.
71 kq çəki dərəcəsində çıxış edən İsa, birdən qaldırma hərəkətində bürünc, (147 kq) təkanla qaldırma hərəkətində gümüş (177 kq) toplamda isə (324 kq) bürünc mükafata layiq görülüb.
Azərbaycanın digər ağırlıqqaldıranı Tehran Məmmədov isə İslamiadanı medalsız başa vurub. O, birdən qaldırmada 128 kq, təkanla qaldırmada 150 kq, toplamda 278 kq nəticə göstərib və medalçılar sırasına düşə bilməyib.
Son xəbərlər





























