“Mübarizəni dayandırmağımızın səbəbi heyətdəki itkilərdir”

“Mübarizəni dayandırmağımızın səbəbi heyətdəki itkilərdir”

"Lənkəran" klubunun Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilər olub.

Sports.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə ikinci oyundan sonra deyib.

Mütəxəssis azarkeşlərə təşəkkür etməyi də unutmayıb:

"Mövsümü iki hissəyə bölmək olar - yeni ildən əvvəl və sonra. Bu, iki fərqli komandadır və səbəbləri də heyətdə olan itkilər idi. "Lənkəran" azarkeşlərinə ən çətin vaxtlarda belə bizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən əla idilər. Bu gün hamı çalışdı, amma rəqib, demək olar ki, hər şeydə bizdən üstün idi. "Gəncə"yə növbəti mərhələdə uğurlar arzulayıram. Oyunçularımızı da xüsusi qeyd etmək istəyirəm. Çünki yaranmış şəraitdə həm fiziki, həm də psixoloji baxımdan mübarizə aparmaq asan deyil. Onlar sona qədər çalışdılar və mübarizə apardılar, buna görə onlara təşəkkür edirəm".

"Lənkəran" pley-in mərhələsində keçirdiyi hər iki matçda (55:91, 77:101) "Gəncə"yə məğlub olaraq mübarizəni dayandırıb.

Son xəbərlər
“Monako”nun rusiyalı ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
Millimizdən ardıcıl ikinci qələbə
“Sabah” qalib gəldi, “Zirə” ilə “Turan Tovuz” xal itirdi
Yarımfinal mərhələsinə start verildi
“Milan” portuqal ulduzunu satmaq fikrində deyil
“Şamaxı” “Zirə”dən 10 nəfərlə xal aldı - VİDEO
“Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik”
“Bu gün “Zirə”nin günü deyildi”
“Qırmızı vərəqə almağımız bizi çətin duruma saldı” - Ayxan Abbasov
“Turan Tovuz” belə xal itirdi - VİDEO
“Mançester Siti” Qvardiolaya əvəz axtarır
“Mübarizəni dayandırmağımızın səbəbi heyətdəki itkilərdir”
“Qələbə qazanmağa layiq idik”
Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib
“Bayern” Noyerə əvəz axtarışındadır
“İmişli” ilə oyunda çox vacib xallar itirdik” - Berdıyev
Pley-offa yüksələn üçüncü komanda bəlli oldu
Remzi futboldan getdi
“Barselona”da Balde ilə bağlı vəziyyət nə yerdədir?
Daşkəsəndə yeni cüdo zalı
“Mançester Yunayted”də yeni müqavilə
“Ştutqart” hücumçusu ilə danışıqlar aparır
Konate gələcəyi ilə bağlı qərarını tezliklə qəbul etmək istəyindədir
“Çelsi”nin müdafiəçisi “zadəganlar”dan ayrıla bilər
Azərbaycanı dünya birinciliyində 15 idmançı təmsil edəcək
Qvardiola gələcəyi ilə bağlı qərarını təxirə saldı
Kroos “Barselona”nın ulduzunu səciyyələndirdi
“Real”ın yarımmüdafiəçisi gələcəyi ilə bağlı qərar verdi
Qaşqaldaq ləvəngisi
Kostakurta Martines haqda qənaətini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar