Daşkəsəndə yeni cüdo zalı

Daşkəsəndə yeni cüdo zalı

Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Sports.az xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

Son xəbərlər
Avropanın aparıcı klubları "Sabah"ın rəqibinin qapıçısı ilə maraqlanır
"Sabah"ın rəqibi hücumçusunu mükafatlandıracaq
"Real" Almaniya klubunun qapıçısına göz dikib
"Liverpul" tarixinin ən bahalı transferini reallaşdıra bilər
Luis Enrikedən zədələnən Hakimi ilə bağlı açıqlama
"Sabah"ın rəqibi "İnter"in müdafiəçisi ilə maraqlanır
"Çelsi" "Sabah"ın rəqibinin futbolçusu üçün 500 milyon avro ödəməlidir
Kimmixin 500-cü oyunu
Qalyardo rəsmən Ekvador millisinin baş məşqçi postunda
14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru
Mourinyo: "Ardanın fantastik potensialı var"
Maldini qəza keçirdi, alkoqol testi müsbət çıxdı
Enrikinen "Sabah"ın rəqibinin futbolçusu ilə bağlı xahişi
Pioli tələblərini Türkiyə klubuna çatdırıb
Mourinyo: "Mən üç ay istəyirəm"
Toralın komandası liderdir
Renat debüt etdi
Muradın komandası turnir cədvəlinin zirvəsində
"Qalatasaray"dan növbəti qələbə
"Sabah"ın oyunu hansı telekanallarda?
"Old Trafford"dan sonra "SOCAR Polymer Arena", "Mançester Yunayted'dən sonra "Şəfa"
Türkiyə klubu Arauxonu icarəyə götürəcək
"Napoli" futbolçusu ilə yeni müqavilə üçün danışıq aparır
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov
Şeşko: "Sağalmışam, vəziyyət mükəmməldir"
"Oyundan oyuna daha inamlı oluruq" - Qurban Qurbanov
"Sistemli təzyiqlərlə üzləşirik" - "Turan Tovuz"dan etiraz
"60 illik karyeramda belə penalti görməmişəm" - Kurban Berdıyev
DAHA ÇOX

Ən çox oxunanlar