Azərbaycanlı məşqçilər Tiflisdə beynəlxalq kursa qatılıblar

Azərbaycanlı məşqçilər Tiflisdə beynəlxalq kursa qatılıblar

Azərbaycanın badminton məşqçiləri Gürcüstanda beynəlxalq kurslarda iştirak edirlər.

Sports.az xəbər verir ki, ABF Dünya Badminton Federasiyası (BWF) və Avropa Badminton Konfederasiyası (BEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qurumun strateji planına uyğun olaraq, beynəlxalq lisenziyalı "Coaching Education Level 1" (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.

Badminton məşqçilərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün "Badminton Shuttle Time Tutor" kursu keçirilib.

Hazırda isə 14–18 aprel tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə "Coaching Education Level 1" üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvidir.

Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan Sadıqova və Vaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb. "Level 1" proqramını uğurla başa vuran iştirakçılar Dünya Badminton Federasiyası tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır.

Qeyd edək ki, "Level 1" dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur.

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar