“Prezident Kuboku” ilk dəfə Sərsəngdən start götürəcək

“Prezident Kuboku” ilk dəfə Sərsəngdən start götürəcək

Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.

Sports.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel – 1 may aralığında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir "Döngə" qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. "Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Son xəbərlər
PSJ-dən növbəti qələbə
“Barselona” “Real” üzərində qələbə ilə çempion oldu
“Milan” uduzdu, “Roma” qalib gəldi
“Maynts” uduzdu, “Hamburq” qalib gəldi
“Ağstafadan, Tovuzdan, Gədəbəydən, Şəmkirdən, Qazaxdan dəstək istəyirik” - Ehtiram Quliyev
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Arsenal”dan çətin qələbə
“Turan Tovuz”a bir qol bəs etdi - VİDEO
“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
“Şamaxı”da son iki oyunum qalıb” – Ayxan Abbasov
“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
Gürcüstandan 12 medalla
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur” - Berdıyev
“Yenidən Premyer Liqaya qayıda bilərik” - Füzuli Məmmədov
“Araz Saatlı”, “Göygöl” və “Ağdaş”dan qələbə
Azərbaycan millisi Qoridə 3-cü oldu
“Sabah”ın əvəzediciləri Qəbələdə xalsız qaldı
Avropa çempionatına 6 parataekvondoçu ilə
“Böyük Dəbilqə”də bir medal
İbrahimov mükafatlandırıldı
Vyetnamda 1 dəst medal
Alaba İtaliya A Seriyasına keçə bilər
“Sportinq” məzununu kluba qaytarmaq istəyir
Vlahoviç iki nəhəngdən birinə qoşula bilər
“Bayern” “Mançester Siti”nin müdafiəçisi ilə maraqlanır
Bartezaqi “Milan”la bağlı arzusunu dilə gətirdi
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Qrinvud Premyer Liqaya qayıda bilər
PSJ əsas ulduz ilə bağlı qərar qəbul etdi
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
DAHA ÇOX

Ən çox oxunanlar