Dünya futbolu
“Dinamo”dan Konfrans Liqasında Mahirsiz qələbə
30.11.2023 | 23:00
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində beşinci oyununa çıxıb.
Sports.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan klubu “Astana”nın qonağı olub.
Oyun "Dinamo"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Dinamo” hazırda 6 xalla qrup ikincisidir.