Danimarkalı futbolçu “Milan”ı tərk edir

Simon Kyaer cari mövsümün sonunda “Milan”ı tərk edəcək.

Sports.az xəbər verir ki, 35 yaşlı danimarkalı futbolçunun agenti onun komandanı azad agent kimi tərk edəcəyini təsdiqləyib.

Kyaer 2020-ci ilin yanvarından “Milan”da çıxış edir. Müdafiəçi bu müddət ərzində 120 rəsmi oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Stefano Piolinin komandası çempionluq titulunu qazanan “İnter”dən 19 xal geri qalır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar