Super Liqa klubunda yeni baş məşqçi

Ötən gün Fahrudin Omeroviçi istefaya göndərən "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sports.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

2023-cü ildən "Konyaspor"un idman direktoru vəzifəsində işləyən Ali Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunub. O, cari mövsümün sonunadək "Konyaspor"u çalışdıracaq. 

40 yaşlı mütəxəssis futbolçu karyerası ərzində 2013-2018-ci illərdə və 2019-cu ildə "Konyaspor"da oynayıb. O, bu komandanın kapitanı olub. Həmçinin Ali Çamdalı "Borussiya" (Münhenqladbax), "Bayer"in ehtiyat komandası,  "Kayserispor", "Kocaelispor", "Orduspor", "Rizespor" və "Manisa"da da çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar