“Milan” Yoviçlə müqaviləsini yeniləməyə yaxındır

26 yaşlı serb hücumçu Luka Yoviç “Milan”la 2024-cü ilin iyununda başa çatacaq müqaviləsinin müddətini uzatmağa yaxındır.

Sports.az xəbər verir ki, futbolçunun agenti ilə klub rəhbərliyi arasında keçirilmiş görüşdə tərəflərin əməkdaşlığı davam etdirmək istəyi təsdiqlənib və yaxın günlərdə danışıqların yekun mərhələsinə qədəm qoyacağı gözlənilir.

Bildirilir ki, “rossoneri” 2023-cü ilin yayında Yoviç “Milan”a keçərkən razılaşdırılmış, müqavilənin daha 1 il müddətinə uzadılması seçimini fəallaşdırmaq əvəzinə, serb hücumçuya uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Vurğulanır ki, Yoviçin özü də bu digər klublardan təkliflər üzərində düşünmək niyyətində deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar