“İnter” “yeni Viktor Osimhen” tapıb

“Antverpen”in belçikalı hücumçusu Corc İlenixena İtaliya çempionu “İnter”in maraq dairəsinə düşüb.

Sports.az xəbər verir ki, “İnter”in rəhbərliyi qarşıdan gələn mövsüm üçün yeni hücumçu axtarışındadır.

Belçika çempionatında “yeni Osimhen” ləqəbi ilə tanınmış gənc fransalı hücumçu, “İnter”ə “Cenoa”nın hücumçusu Albert Qudmundssonu ala bilməyəcəyi təqdirdə lazımdır. Eyni zamanda, “neradzurri” Corc İlenixenanın alınması istiqamətində hələ fəal addımlar atmayıb. “İnter” həmçinin “Osiyek”in 18 yaşlı xorvat hücumçusu Anton Matkoviçi də diqqət mərkəzində saxlayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar