Van Bommel “Antverpen”i tərk edəcək

“Antverpen”in baş məşqçisi Mark van Bommel Belçika klubunda tutduğu vəzifədən istefa verib.

Sports.az xəbər verir ki, Van Bommelin komandanı tərk etmək qərarı yaxın günlərdə rəsmən açıqlanacaq.

Vurğulanır ki, müvafiq qərar niderlandlı mütəxəssis tərəfindən “yeni bir fəsil başlamaq” üçün qəbul edilib. Beləliklə, 2024/2025-cü illər mövsümünün sonuna qədər mövcud müqaviləsinə rəğmən, Van Bommel cari mövsümün sonunda “Antverpen”dən ayrılacaq.

Daha əvvəl, Mark van Bommelin cari mövsümün sonunda Stefano Piolinin gedişindən sonra “Milan”ın baş məşqçisi vəzifəsini tutmaq üçün əsas namizəd olduğu barədə məlumat vardı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar