“Borussiya” Niklas Züle ilə yollarını ayıracaq

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niklas Züle qarşıdan gələn mövsümlərarası fasilədə klubdan transfer edilə bilər.

Sports.az xəbər verir ki, yüksək maaş alan Niklas Züle fiziki hazırlığının zəif olması və işinə qeyri-peşəkar münasibəti səbəbindən Dortmund klubunun rəhbərliyi səbrini artıq tükədib.

Vurğulanır ki, klub müdafiəçinin yerinə digər seçimlər axtarır və Züleyə komanda tapmaq niyyətindədir. Amma eyni zamanda, futbolçunun artıq çəkidən qurtulmaq üçün uyğun pəhriz saxladıqdan sonra Dortmundda qalacağı seçimi də istisna deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar