Kimmix “Barselona”ya keçidinə şübhə ilə yanaşır

“Bayern”in futbolçusu Yozua Kimmix “Barselona”nın baş məşqçisi Xavi keçən qış mövsümün sonunda klubdan ayrılacağını elan etdikdən sonra, Münhen klubu ilə əmək müqaviləsinin uzadılması üçün danışıqlara başlayıb.

Sports.az xatırladır ki, daha əvvəl alman futbolçunun Kataloniya klubuna keçmək istəyinin güclü olması ilə bağlı fəal xəbərlər yayılmışdı.

Xavinin cari mövsümün sonunda “Barselona”da qalacağını açıqlamasına rəğmən, Kimmixlə “Bayern” arasında danışıqlar prosesi dayandırılmayıb. Bir sıra mənbələr Kimmixin “blauqrana”nın düşərgəsinə keçidə şübhə ilə yanaşmasını qeyd etsələr də, bunu əsaslandırılmasına dair dəlil göstərmirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar