Uoker Səudiyyə Ərəbistanına keçid seçimlərini araşdırır

“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uoker Səudiyyə Ərəbistanı çempionatına keçid üçün seçimlərini nəzərdən keçirir.

Sports.az xəbər verir ki, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanındakı həyatı, eləcə də yerli futbol klublarının səviyyəsini öyrənmək üçün “Əl-Əhli”də çıxış edən keçmiş komanda yoldaşı Riyad Marezlə əlaqə saxlayıb.

Uokerin “Mançester Siti”yə sadiq olduğu vurğulanır, amma gələcəkdə Səudiyyə Ərəbistanının onun həyat yoldaşı və uşaqları üçün yaxşı yer ola biləcəyinə inanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar