Fernandes “Real”ı tərk etmək barədə qəti qərara gəldi

34 yaşlı ispan mərkəz müdafiəçisi və “Real”ın kapitanı Naço Fernandes “Bayern”lə Çempionlar Liqasının ilk yarımfinal oyununun (2:2) 65-ci dəqiqəsində baş məşqçi Karlo Ançelotti tərəfindən əvəzlədikdən sonra qəti surətdə “qaymaqlılar”ın düşərgəsini tərk etmək qərarına gəlib.

Sports.az xəbər verir ki, Naço “Real”ın məşqçilər qərargahının onu oyundan kənarlaşdırmaq qərarına nəyin səbəb olduğunu “başa düşə bilməyib”.

Bununla belə, vurğulanır ki, cari mövsüm boyu veteran futbolçu gələcəkdə əsas heyətə düşmək üçün mübarizə aparmağın çətin olacağını anlayıb.

Eyni zamanda, Naço yayda başa çatacaq müqaviləsinin sonuna qədər tam fədakarlıqla çalışmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl mətbuatda, müdafiəçinin ABŞ MLS-in klublarından birinə keçmək arzusunda olduğu haqda məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar