Di Mariya tezliklə Messinin həmklubu ola bilər

“Benfika”nın argentinalı yarımmüdafiəçisi Anxel Di Marya milli komanda yoldaşı Lionel Messinin çıxış etdiyi ABŞ MLS-in “İnter Mayami” klubuna keçməyi düşünür.

Sports.az xəbər verir ki, amerikan klubu artıq bu yay müqaviləsi başa çatacaq Di Mariyanın “Benfika”dakı vəziyyəti ilə bağlı məlumat istəyib.

Amma Lissabon klubunun argentinalı futbolçunu daha 1 il müddətinə “qartallar”ın düşərgəsində saxlamaq imkanı var, belə ki, bu barədə tərəflər arasında müqaviədə xüsusi maddə var.

Hələlik “İnter Mayami”dən rəsmi təklifin alınmadığı da bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar