Nuri Şahin “Beşiktaş”ı çalışdıra bilər

Dortmund “Borussiya”sında baş məşqçi Edin Terziçin köməkçisi olan Nuri Şahin portuqal çalışdırıcı Fernandu Santuşun istefasından sonta “Beşiktaş”ın baş məşqçisi vəzifəsinə təklif alıb.

Sports.az xəbər verir ki, Şahin özü də "Beşiktaş" prezidenti ilə görüşdən sonra Türkiyəyə qayıtmaqda maraqlıdır, amma hazırkı komandasında yüksəlmə ehtimalı səbəbindən tərəddüd edir.

Vurğulanır ki, Terziç Dortmund “Borussiya”sının baş məşqçi vəzifəsindən istefa verməsə, Şahin “Beşiktaş”ın təklifini qəbul edəcək və Türkiyə çempionatında müstəqil məşqçilik fəaliyyətinə başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar