“Bayern” düzgün məşqçi seçəcək” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Bayern”in yeni məşqçi axtarışı ilə bağlı vəziyyəti şərh edib, həmçinin Münhen klubuna münasibətindən danışıb.

Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Məşqçi tapacaqlar, bu, zaman məsələsidir. Onlar düzgün məşqçi seçəcəklər və seçim onların necə oynamaq istədiklərindən, sahib olduqları oyunçulardan və hər şeydən asılı olacaq. Bəzən çətin bir iş ola bilər, amma onlar bunun öhdəsindən gələ bilərlər. “Bayern”in həmişə resursları var, rəhbərlikdə olan insanlar çox ağıllıdırlar, ona görə də özlərinə uyğun birini tapacaqlar. Məhz bunu istəyirəm, çünki bu klubu çox sevirəm. Bu şəhərdə çox yaxşı vaxt keçirdim və hələ də orada çox yaxşı dostlarım var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar