“Real” Mendi ilə müqaviləsini yeniləmək niyyətindədir

“Real” rəhbərliyi cari əmək müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 28 yaşlı sol cinah müdafiəçisi Ferland Mendi üçün yeni müqavilə təklifi hazırlayır.

Sports.az xəbər verir ki, fransalı futbolçu öz çıxışı ilə klubdakı hər kəsi əmək müqaviləsinin müddətini uzatmağa layiq olduğuna inandırıb.

Bundan əlavə, ondan “qaymaqlılar”ın baş məşqçisi Karlo Ançelotti də Mendinin qalmasını şəxsən istəyib. Mendi həmçinin paltardəyişmə otağında da nüfuz sahibidir.

Amma vurğulanır ki, hazırda “Real” Mendiyə konkret təklif etməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar