Ronaldo “İnter Mayami”yə keçə bilər

“İnter Mayami”nin prezidenti Devid Bekhem “Əl-Nəsr”ın portuqal ulduz hücumçusu Kristiano Ronaldonu amerikan klubuna transfer etmək imkanlarını araşdırır.

Sports.az xəbər verir ki, Bekhem Ronaldo və argentinalı ulduz hücumçu Lionel Messini bir klubda birləşdirmək fikrini çox bəyənir.

Xatırladaq ki, 2022-ci ilin payızında Ronaldo “Mançester Yunayted”də çıxış edəndə mətbuat Bekhemin artıq portuqal ulduzla danışıqlar apardığını yazmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar