“Atletiko” yayda Depayı satmağa hazırdır

Madird “Atletiko”su növbəti transfer pəncərəsində komandanın hücumçusu Memfis Depay ilə yollarını ayırmaq niyyətindədir.

Sports.az xəbər verir ki, niderlandlı futbolçu “döşəklilər”in baş məşqçisi Dieqo Simeonenin növbəti mövsüm üçün planlara daxil edilməyib.

Eyni zamanda vurğulanır ki, “Atletiko” Memfis Depay, eləcə də daha əvvəl xəbər verildiyi kimi, İtaliya A Seriyasına qayıtmaq istəyən ispan hücumçu Alvaro Marata üçün təklifləri dinləməyə hazır olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar