“Barselona” Xavini istefaya göndərə bilər

Xavinin “Barselona”nın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.

Sports.az xəbər verir ki, “blauqrana” La Liqada 2-ci yeri tutmasa, “Barselona” mövsümün sonunda Xavini istefaya göndərə bilər.

Vurğulanır ki, İspaniya La Liqasında üçüncü yer klub üçün uğursuzluq sayılacaq, belə ki, bu halda kataloniyalılar İspaniya Super Kubokunda oynamayacaqlar. Bu isə yarışda iştiraka görə qazancını itirilməsi deməkdir.

Maraqlıdır ki, yanvarda, Xavi mövsümün sonunda “blauqrana”dan vaxtından əvvəl ayrılacağını bildirsə də, apreldə “Barselona” rəhbərliyi ispan mütəxəssisi klubda qalmağa razı sala bilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar