“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Salernitana” - “Atalanta” matçında qonaqlar qələbə qazanıblar. “Udineze”nin qonağı olan “Napoli” isə qələbəni əldən verib.

Hazırda 89 xalı olan çempion “İnter” vahid liderdir. “Milan” 71 xalla 2-ci, “Yuventus” 66 xalla 3-cü, “Bolonya” 64 xalla 4-cü pillədə qərarlaşıb. “Atalanta” və “Roma”nın 60, “Latsio”nun 56, “Napoli”nin 51, “Fiorentina”nın 50 xalı var.

İtaliya A Seriyası
35-ci tur

3 may

Torino – Bolonya 0:0

4 may

Montsa – Latsio 2:2
Qollar: Dyuriç, 75; 90+2 – İmmobile, 11. Vesino, 83.

Sassuolo – İnter 1:0
Qol: Loryente, 20.

5 may

Kalyari – Leççe 1:1
Qollar: Mina, 26 – Krstoviç, 84.

Empoli – Frozinone 0:0

Verona – Fiorentina 2:1
Qollar: Lazoviç, 13. Noslin, 59 – Kastrovilli, 42.

Milan – Cenoa 3:3
Qollar: Florensi, 45. Qabbya, 72. Jiru, 75 – Reteqi, 5-pen. Ekuban, 48. Tiav, 87-öz qapısına.

Roma – Yuventus 1:1
Qollar: Lukaku, 15 – Bremer, 31.

6 may

Salernitana – Atalanta 1:2
Qollar: Tçauna, 18 – Skamakka, 57. Kopmeyners, 63.

Udineze – Napoli 1:1
Qollar: Saksess, 90+2 – Osimhen, 51.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar