"Ayaks" son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

"Ayaks" klubu son 24 ildə ilk dəfə Niderland çempionatında ilk “4-lük”dən kənarda qalacaq.

Sports.az xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyada mövsümün başa çatmasına iki tur qalmış 52 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Dördüncü olan “Alkmaar”dan 9 xal geridə qalan “Ayaks”ın nəzəri cəhətdən yuxarı qalxmaq şansı yoxdur və maksimum beşinci yeri tutacaq.

“Ayaks” 1999/2000 mövsümündən bəri ilk dəfə Erediviziyanı “dördlük”dən kənarda başa vuracaq. Komanda 24 il əvvəl də beşinci yeri tutmuşdu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar