“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Sports.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında bildirib.

Qapıçı 14 ildən sonra yığma ilə vidalaşdığını vurğulayıb.

Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu olub. Təcrübəli oyunçu hazırda Səudiyyə Ərəbistanında "Əl-Halic"in formasını geyinir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar