Dünya futbolu
ÇL: “Real” “Bayern”ə qarşı
08.05.2024 | 09:00
Bu gün Çempionlar Liqasında sonuncu finalçı müəyyənləşəcək.
Sports.az xəbər verir ki, yarımfinala İspaniyada yekun vurulacaq.
“Real” doğma meydanda Almaniya nəhəngi “Bayern”lə üz-üzə gələcək. Münhendə keçirilmiş ilk matçda qalib müəyyənləşməyib – 2:2.
Daha öncə Almaniyanın “Borussiya” (Dortmund) komandası PSJ-ni hər iki oyunda 1:0 hesabıyla yenməklə finala yüksəlib.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
8 may
23:00. “Real” (İspaniya) – “Bayern” (Almaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.