KL: Sonuncu finalçı bəlli olur

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Sports.az xəbər verir ki, sonuncu finalçı Yunanıstanda müəyyənləşəcək.

“Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa”nı sınağa çəkəcək. Afina klubu səfərdə bu rəqibinə qalib gəlib - 4:2.

Daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları

9 may

23:00. “Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə)
İlk oyun – 2:4.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar