Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

“Bayern” bu mövsüm kubok qazanmaq şanslarını itirib.

Sports.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a uduzan (1:2) münhenlilər ümumi hesabda (3:4) məğlub olaraq, turnirdən kənarlaşdırılıb.

Bundan əvvəl Tomas Tuxelin komandası Almaniya superkubokunun finalında “Leyptsiq”ə (0:3), Almaniya kubokunun 1/16 finalında “Saarbrüken”ə (1:2) məğlub olub. Almaniya Bundesliqasında isə “Bayer” (Leverkuzen) erkən çempionluq yaşayıb.

“Bayern” son 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vuracaq. Sonuncu dəfə belə hal 2011/12 mövsümündə baş verib.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar