“Rokenin özünü sübut etmək üçün kifayət qədər imkanları yoxdur”

“Barselona”nın məşhur braziliyalı keçmiş yarımmüdafiəçisi Rivaldo gənc braziliyalı hücumçu Vitor Rokenin “blauqrana”nın heyətində oyun vaxtı ilə bağlı vəziyyətdən danışıb.

Sports.az xatırladır ki, futbolçunun agenti hücumçunun daimi əsasda oynamayacağı təqdirdə “Barselona”dan ayrılacağını bildirib.

“Düşünürəm ki, Vitor Rokenin özünü sübut etmək üçün kifayət qədər imkanları yoxdur. Braziliya çempionatında yaxşı çıxış edən futbolçuya çox az dəqiqə vaxt veriblər. O, çox gəncdir, amma öz futbolunu göstərmək üçün lazımi imkanlara malik deyil. O, yaxşı oyunçudur və gələcəyi var. İndi futbolçunun kluba faydası olmayacağına inanıb, transfer axtarışındadırlar”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar