“Bayer”dən Avropa futbolunda yeni rekord

Almaniyanın "Bayer" klubu Avropa futbolunda yeni rekord müəyyənləşdirib.

Sports.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avropa Liqasının yarımfinal mərhələsinin "Roma" ilə cavab qarşılaşmasında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya "Benfika"sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.

İtaliya klubu ilə matçın 90+7-ci dəqiqəsində Yosip Stanişiçin qolu sayəsində məğlubiyyətdən xilas olan "Bayer" iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar