Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi

Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sports.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “Fiorentina”dan Kristian Kuame və “Olimpiakos"dan Ayub El Kaabi namizəddir.

El Kaabi “Aston Villa”ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda dubl müəllifi olub.

Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar