Dünya futbolu
“Atalanta” onu “Milan”dan satın alacağını açıqladı
15.05.2024 | 13:30
“Atalanta”nın prezidenti Antonio Perkassi klubun mövsümün əvvəlində icarəyə götürdüyü belçikalı yarımmüdafiəçi Şarl De Ketelareni “Milan”dan satın alacağını bildirib.
Sports.az xatırladır ki, futbolçunun icarə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
“Biz “Milan”dan Şarl de Ketelareni alacağıq”, deyə öz növbəsində Perkassi əminliklə vurğulayıb.