“Barselona” Fatinin gələcəyi ilə bağlı qərarını dəyişdi

“Barselona”nın ispaniyalı hücumçusu Ansu Fati Kataloniya klubunda möhkəmlənmək üçün yeni imkan əldə edə bilər.

Sports.az xəbər verir ki, “Barselona” ispaniyalı futbolçunun yeni mövsümdə özünü sübut etmək imkanına layiq olduğu hesab edir.
Beləliklə, Ansu Fati böyük ehtimalla bu yay “Barselona”dan ayrılmayacaq.

Xatırladaq ki, daha əvvəl “Barselona”nın, ispaniyalı futbolçular – Bilbao “Atletik”indən vinger Niko Uilyamsı və “Leypsiq”dən hücumameyilli yarımmüdafiəçisi Daniel Olmonu transfer edəcəyi halda, hücumçuları Ansu Fati və Vitor Roke ilə yollarını ayıracağı haqda məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar