Meksika millisinin yeni baş məşqçisi bəlli oldu

Meksika millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sports.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb.

Komanda Xavyer Aqirreyə tapşırılıb. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

65 yaşlı Aqirrenin köməkçisi "Barselona"nın sabiq müdafiəçisi və Meksika millisinin sabiq kapitanı Rafael Markes olacaq.

Qeyd edək ki, Meksika millisinin son baş məşqçisi Xayme Losano idi. Meksika 2024-cü il Amerika Kubokunda pley-offa çıxa bilmədiyi üçün Lozano bu ayın 17-də istefa verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar