Osimhen hələ də “Napoli”dən ayrılmaq istəyindədir

“Napoli”nin hücumçusu Viktor Osimhen hələ də bu yay Neapol klubundan ayrılmaq istəyir.

Sports.az vurğulayır ki, bu xüsusda nigeriyalı futbolçunun nümayəndələri ilə Fransa nəhəngi PSJ arasında danışıqlar davam edir.

Eyni zamanda, Osimhenin Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı da var.

“Napoli” isə Osimheni “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku ilə əvəzləməyə hazırlaşır.

Xatırladaq ki, daha əvvəl, “Napoli” rəhbərliyinin 130 milyon avro məbləğində təklif alınacağı təqdirdə Viktor Osimhenlə ayrılmağa hazır olduğu haqda məlumat yayılıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar