“Çelsi”ni 12 futbolçu tərk edə bilər

“Çelsi”nin 12 futbolçusu bu yay London klubunu tərk edə bilər.

Sports.az xəbər verir ki, bu siyahıda qapıçılar – Kepa Arrisabalaqa, Qabriel Slonina və Djordje Petroviç; müdafiəçilər – Bencamin Çiluell, Trevo Çaloba, Malanq Sarr; yarımmüdafiəçilər – Çezare Kazadei, Andrey Santos; hücumçular – Rahim Sterlinq, Datro Fofana, Romelu Lukaku və Armando Broya var.

Adı çəkilən futbolçular “zadəganlar”ın yeni baş məşqçisi, italyan mütəxəssis Entso Mareskanın planlarına daxil olmadığı üçün klubu tərk edəcəklər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar