“Fulhem” Emil-Smit Rouya görə “Arsenal”a təklif ünvanladı

“Arsenal” 23 yaşlı yarımmüdafiəçisi Emil Smit-Rouya görə “Fulhem”dən yeni təklif alıb.

Sports.az xəbər verir ki, “bağ sakinləri” “topçular”a yeni təklif ünvanlayıblar və bu, hazırda 35 milyon avro məbləğə çatıb.

Klublar arasında danışıqlar davam edir, futbolçu isə keçidə hazırdır.
“Kristal Pelas”ın da Smit-Rou ilə maraqlandığı bildirilir, amma “Fulhem” oyunçu ilə müqavilə məsələsində “qartallar”ı qabaqlayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar