Joao Feliks İngiltərə Premyer Liqasında oynaya bilər

Ötən mövsümü icarə əsasında “Barselona”da keçirmiş, Madrid “Atletiko”sunun və Portuqaliya yığmasının vingeri Joao Feliks İngiltərə Premyer Liqasına keçə bilər.

Sports.az xəbər verir ki, “Barselona”nın Feliksin icarə müddətini uzatmaq istəyinə rəğmən, futbolçu ilə ilk danışıqları aparmış klub “Aston Villa” olub.

Daha əvvəl, Birmingem təmsilçisinin baş məşqçisi, ispan mütəxəssis Unai Emerinin Joao Feliksi komandasında şəxsən görmək istədiyi barədə məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar