“Real” Lyaportu havayı ələ keçirmək istəyir

“Əl-Nəsr”ın və İspaniya yığmasının müdafiəçisi Emerik Lyaport “Real”ın futbolçusu ola bilər.

Sports.az xəbər verir ki, “Mançester Yunayted” “Lill”dən gənc fransalı müdafiəçi Leni Yoro satın alaraq, “Real”ı bu keçiddən məhrum etdikdən sonra, “Kral klubu” komandanın müdafiəçiyə olan tələbini Emerik Lyaportu heyətinə cəlb etməkdə görür.

“Əl-Nəsr” Lyaport müqabilində xərclədiyi 27 milyon avroluq məbləği çıxarmaq istəyir, “Real” isə ispaiyalı futbolçunun keçidinə ödənişsiz – havayı nail olmaq niyyətindədir.

Lyaporta gəlincə, futbolçu “Real”a keçmək istəyindədir və ərəb klubu ilə müqaviləsinə xitam verməyə hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar